“Mançester Yunayted” Elanqanı yola salır
21.07.2023 - 20:58
“Mançester Yunayted” Entoni Elanqa üçün müştəri tapıb.
Apasport.az saytı xəbər verir ki, o, “Nottingem Forest”ə satılacaq.
Mövsümün sonunda transferə çıxarılan futbolçu karyerasını İngiltərədə davam etdirməyə qərar verib. 21 yaşlı yarımmüdafiəçinin keçidi 15 milyon avroya başa gələcək. Onunla “Everton”, “Vest Hem”lə yanaşı, Fransanın “Marsel” klubu da maraqlanırdı.
Qeyd edək ki, 2022/23 mövsümündə Elanqa 16 oyunda bir ötürmə ilə yadda qalıb.
- İki dünya ulduzu yenidən qarşı-qarşıya
- Ülviyyə Fətəliyeva: “Mükafatlandırmada komanda yoldaşım Günayla birgə olmaq...”
- "Eyüpspor" Super Liqada ilk qələbəsini qazanıb
- Branimir Subaşiç: “Azərbaycan millisi Belçika ilə görüşdə daha çoxuna layiq idi” - MÜSAHİBƏ
- Messi karyerasının ən yaxşı qolunu açıqlayıb - VİDEO
0
0