Premyer Liqa təmsilçilərindən "Mançester Yunayted" yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, "Kristal Palas"da çıxış edən Maykl Oliseni transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Qırmızı şeytanlar" qısa zaman ərzində transferdə əsas hədəfi olan 22 yaşlı vinger üçün onun klubuna rəsmi təkliflə müraciət edəcək.
Qeyd edək ki, "Kristal Palas" Maykl Oliseni 2021-ci ilin yayında "Ridinq"dən transfer edib. Fransalı futbolçu bu mövsüm Şimali London təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Qurban Qurbanov: “Maksimum çalışmalıyıq ki, “Molde”ni səhvə məcbur edək” - MÜSAHİBƏ
- Türkanda bədii gimnastika üzrə yeni bölmə yaradılıb
- "AGF Trophy" Dünya kubokunun yarış öncəsi iclası keçirilib
- Kenan Yıldız tarixə düşdü - Del Pyeronu kölgədə qoydu
- Qəbələ şəhər stadionu millimizin oyununa hazırdır - FOTO