“Mançester Yunayted” onunla razılığa gəldi
21.02.2023 - 00:26
![“Mançester Yunayted” onunla razılığa gəldi](https://apasport.az/storage/news/2023/february/20/big/63f37511319f663f37511319f7167689960163f37511319f463f37511319f5.jpg)
“Mançester Yunayted” futbolçusu Alexandro Qarnaço ilə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu yarımmüdafiəçisi ilə razılığa gəlib.
Yeni müqavilə 2028-ci ilədək nəzərdə tutulacaq. Sözləşmənin son detalları həll olunduqdan sonra tərəflər anlaşmanı rəsmiləşdirəcək. 18 yaşlı futbolçunun maaşı da artırılacaq.
Qeyd edək ki, Qarnaçonun hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
0
0