“Mançester Yunayted” PSJ-dən onu istəyir
08.05.2023 - 10:41

“Mançester Yunayted” yayda heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az saytı xəbər verir ki, İngiltərə təmsilçisi PSJ-dən yarımmüdafiəçi Marko Verattiyə elçi düşüb.
“Qırmızı şeytanlar”da baş məşqçi Erik ten Haq italiyalı futbolçunun mərkəzdə Kasemiro ilə əla tandem olacağının düşünür. Fransa klubu ilə 2026-cı ilə qədər müqaviləsi olan 30 yaşlı futbolçunun da komandanı tərk etmək istədiyi bildirilir.
Qeyd edək ki, Veratti davam edən mövsümdə 34 matçda iştirak edərək, bir məhsuldar ötürmə verib.
- "Barselona"nın qadın futbolçusu "Qızıl top"a layiq görüldü
- Azərbaycan millisi EEVZA çempionatında iştirak edəcək
- Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı Vətənə dönüb
- İspaniya klubu "Yuventus"un futbolçusu ilə danışıqlar aparır
- Milli Mətbuat Günü münasibətilə şahmat turniri keçiriləcək
0
0