Mançini rəsmən İtaliya millisində
28.07.2026 - 18:53
Roberto Mançini yenidən İtaliya millisinin baş məşqçisi təyin olunub.
Apasport.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası rəsmi açıqlama yayıb.
61 yaşlı mütəxəssis 2018–2023-cü illərdə də “Skuadra Adzurra”nı çalışdırıb. Onun rəhbərliyi altında İtaliya millisi 2021-ci ildə Avropa çempionu olub.
Qeyd edək ki, Mançini ötən mövsüm Qətərin “Əl-Sədd” klubunun baş məşqçisi vəzifəsində çalışıb.
0
0