Matiç İtaliyada qalacaq
01.05.2026 - 20:31
Matiç İtaliyada qalacaq

Nemanya Matiç qərarını verib.

Apasport.az xəbər verir ki, o, daha bir mövsüm "Sassuolo"da çıxış edəcək.

A Seriyası təmsilçisi də yarımmüdafiəçini komandada saxlamaq istəyir.

Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Serbiyalıya daha 1 illik sözləşmə təklif edilib. Futbolçu ilə yaxın günlərdə yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, Matiç mövsümün əvvəlindən "Sassuolo"da çıxış edir.