Mbappe Benzemaya çatdı
17.01.2025 - 10:56
“Real” İspaniya Kubokunda “Selta”nı məğlub edib – 5:2.
Apasport.az xəbər verir ki, görüşdə hesabı Madrid təmsilçisinin hücumçusu Kilian Mbappe açıb. Fransalı futbolçu bununla da bu mövsüm altıncı turnirdə qol vurub.
Mbappe komandanın sabiq hücumçusu Kerim Benzemadan sonra bir mövsümdə bütün turnirlərdə qol vuran birinci oyunçu olub. Benzema 2022/23 mövsümündə bunu bacarıb.
Qeyd edək ki, Mbappe bu mövsüm La Liqada, İspaniya Superkubokunda, İspaniya Kubokunda, Çempionlar Liqasında, Qitələrarası Kubokda və UEFA Superkubokunda qol vurub.
- Millimiz Portuqaliyanı darmadağın etdi - YENİLƏNİB
- Azərbaycan klubu Bakıda Qazaxıstan təmsilçisi ilə yoxlama oyunu keçirib
- “Neftçi”nin baş məşqçisini vuran mütəxəssisin cəzası Bəlli oldu
- “Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava: 7 futbolçu diskvalifikasiya olundu
- "Nyukasl" Premyer Liqanın antirekordunu təkrarladı
0
0