Mbappe zədələndi
11.12.2024 - 14:33
“Real”ın futbolçusu Kilian Mbappe zədələnib.
Apasport.az xəbər verir ki, fransalı hücumçu Çempionlar Liqasında “Atalanta” ilə matçda xəsarət alıb.
Mbappe bu gün tibbi müayinədən keçəcək. Futbolçunun durumuna MRT müayinəsindən sonra aydınlıq gələcək.
“Atalanta” ilə matçda komandasının ilk qolunu vuran hücumçu 36-cı dəqiqədə zədələnərək meydanı tərk edib.
Qeyd edək ki, “Real Madrid” görüşü 3:2 hesabıyla qazanıb.
- Əhmədzadə erməni rəqibi üzərində inamlı qələbə ilə növbəti mərhələdə
- Dino Ndolovu klublarımıza ŞƏRT QOYDU
- "Beşiktaş”da növbəti prezident seçkiləri başa çatıb - SERDAL ADALI QALİB GƏLDİ - YENİLƏNİB
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Paris-2024: Türkiyə millisi üçüncülük matçında məğlub olub
0
0