![Messi “11-lik”dən kənarda](https://apasport.az/storage/news/2023/november/29/big/65671d5ce210365671d5ce2104170125654065671d5ce210165671d5ce2102.jpg)
MLS-də mövsümün rəmzi komandası açıqlanıb.
Apasport.az xəbər verir ki, “11-lik” KİV nümayəndələri, futbolçular və klubların texniki personalı arasında səsvermə ilə müəyyənləşib.
“Qızıl top”u qazanan Lionel Messi ən yaxşılar sırasından kənar qalıb.
Qapıçı: Roman Berki (“Sent-Luis Siti”)
Müdafiəçilər: Mett Miazea (“Sinsinnati”), Tim Parker (“Sent-Luis Siti”), Uoker Simmerman (“Neşvill”)
Yarımmüdafiəçilər: Luçano Akosta (“Sinsinnati”), Tyəqo Almada (“Atlanta Yunayted”), Ektor Errera (“Hyuston Dinamo”), Hani Muxtar (“Neşvill”)
Hücumçular: Denis Buanqa (“Los-Anceles”), Giorgos Yakumakis (“Atlanta Yunayted”), Kuço (“Kolambus Kryu”).