Messi: "Bütün arzularımı gerçəkləşdirdim"
18.10.2024 - 12:54
![Messi: "Bütün arzularımı gerçəkləşdirdim"](https://apasport.az/storage/news/2024/october/18/big/6712206666ef86712206666ef917292411906712206666eee6712206666ef7.jpeg)
“İnter Mayami”nin futbolçusu Lionel Messi açıqlama verib.
Apasport.az xəbər verir ki, “Marca”ya danışan argentinalı hücumçu karyerası haqda fikirlərini bölüşüb:
“Bütün arzularımı reallaşdırdım. Uşaqlıqdan istədiyim çox şeyə nail oldum. Bir futbolçunun ən böyük arzusunu – dünya çempionatını qazandım. Həyatımın klubu “Barselona” ilə çoxlu titullara sahib oldum, həm PSJ-də, həm də “İnter Mayami”də çempionluq yaşadım. İndi daha çox şeyə nail olmaq üçün mübarizə aparıram”.
Qeyd edək ki, "Marca" nəşri Messini tarixin ən yaxşı futbolçusu seçib.
0
0