![Messi hamıdan öndə](https://apasport.az/storage/news/2023/october/30/big/653f61e9194db653f61e9194dc1698652649653f61e9194d9653f61e9194da.png)
Sponsorların əməkdaşlıq etmək üçün arzuladığı idmançıların siyahısı müəyyənləşib.
Apasport.az xəbər verir ki, 2023-cü il üçün tərtib olunan cədvəl "SportPro" və "NorthStar Solutions Group" şirkətləri tərəfindən hazırlanıb.
Siyahıda birinci yeri Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi tutub. İkinci yerdə isə amerikalı basketbolçu, “Los-Anceles Leykers”in forvardı Lebron Ceymsdir. “Top-3”ü qadınlardan ibarət ABŞ millisnin və “San Dieqo”nun üzvü Aleks Morqan qapayır.
Qeyd edək ki, Fransa yığmasının və PSJ-nin futbolçusu Kilian Mbappe də ilk “onluğ”a düşüb. Ulduz hücumçu 9-cu yerdə qərarlaşıb.