Messi və Ronaldonun “bazar qiyməti” düşüb
14.12.2024 - 09:25
![Messi və Ronaldonun “bazar qiyməti” düşüb](https://apasport.az/storage/news/2024/december/14/big/675d174ca4177675d174ca41781734154060675d174ca4175675d174ca4176.webp)
“Transfermarkt” portalı Lionel Messi və Kriştiano Ronaldonun transfer dəyərini müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, hər iki oyunçunun “bazar qiyməti” enib.
Messinin dəyəri 25 milyon avrodan 5 milyona, Ronaldonunku isə 15 milyondan 12 milyon avroya düşüb.
Messi “İnter Mayami”də (ABŞ), Ronaldo isə “Əl Nəsr”də (Səudiyyə Ərəbistanı) forma geyinir.
0
0