PSJ-nin hücumçusu Lionel Messinin nümayəndələri Barselonada eyniadlı klubun heyəti ilə görüşüb.
Apasport.az saytının məlumatına görə, görüş zamanı Argentina millisinin kapitanının “Barselona”ya mümkün qayıdışı müzakirə olunub.
Baş məşqçi Xavinin qardaşı Aleks Ernandes və Messinin qardaşı Rodriqo Messi, eyni zamanda “Barselona”nın müqavilə və brend strateqi Fernando Solanas restoranlardan birində bir araya gəliblər. Tərəflər 35 yaşlı superulduzun kataloniyalılara qayıdacağı təqdirdə müqaviləsinin detallarını müzakirə ediblər. Söhbət əsasən əməkhaqqı üzərində aparılıb.
Qeyd edək ki, “Barselona” mövsümün sonunda Lionel Messinin qaytarmaqda israrlıdır. İspaniya klubunun prezidenti Joan Laportda da dəfələrlə açıqlamasında bunu təsdiqləyib.
- De Bruyne İtaliyaya yollandı: "Napoli" üçün
- Reqekampf: "Mən Emin Mahmudovun sahibi deyiləm"
- Türkiyəli futbolçu: “Azərbaycan millisindən imtina etdiyim üçün peşman deyiləm”
- “Formula-1”: Azərbaycan Qran-prisi start götürür - AFİŞA
- Millimizin baş məşqçisi: “Məqsədimiz III MDB Oyunlarında birinci olmaqdır”