“Milan” Premyer Liqadan yarımmüdafiəçi alır
26.07.2022 - 00:36
İtaliya çempionu “Milan” Karni Çukvuemekini heyətinə qatmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi futbolçunun formasını geyindiyi “Aston Villa”ya təklif göndərəcək.
Milanlılar 18 yaşlı yarımmüdafiəçini bu yay sıralarına qatmağı planlaşdırır. Premyer Liqa klubu gənc oyunçu üçün 23,5 milyon avro tələb edir. İngiltərəli futbolçu üçün “Barselona” da danışıqlar aparır.
Qeyd edək ki, Karni ötən mövsümün 15 matçında bir assistə imza atıb. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
- AFFA rəsmiləri “Bağçalarda Futbol Dərsi” layihəsi çərçivəsində Türkan qəsəbəsində olublar
- Renat Dadaşov debüt etdi, komandası qələbə qazandı
- “Ayaks”dan yeni transfer - RƏSMİ
- Azərbaycanın 2 hakimi beynəlxalq dərəcələrini artırdı
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO
0
0