"Milan"da 5 illik müqavilə
21.11.2024 - 16:18
"Milan" müdafiəçisi Matteo Qabbia ilə müqaviləni uzatmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Tərəflər sözləşmənin uzadılması barədə razılığa gəliblər.
Yeni müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq. Qabbianın sözləşməsi isə 2026-cı ilin yayına qədərdir.
"Transfermarkt" 25 yaşlı italiyalının dəyərini 12 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, bu mövsüm Qabbia "Milan"ın heyətində bütün yarışlarda 7 matçda 1 qol vurub.
- Rəşad Sadıqov: "Hansı klubumuz uğur qazansa dərhal deyirlər ki..."
- "Yuventus" heyətini "Yunayted"in forvardı ilə gücləndirmək istəyir
- Skarlatake: “Təklifləri var, amma “Neftçi” ilə çempionluq uğrunda mübarizə aparmaq niyyətindədir” - MÜSAHİBƏ
- Rəşad Sadıqov: "Səbail"dən ehtiyat edirdik"
- “Neftçi”nin “Aris”lə oyunlarının başlama saatı dəqiqləşdi
0
0