"Milan"da ayrılıq
29.06.2025 - 09:15
“Milan”ın futbolçuları Joao Feliks və Rikkardo Sottil komandadan ayrılıblar.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki hücumçunun icarə müqavilələri başa çatıb.
Feliks “Milan”a 2025-ci ilin fevralında “Çelsi”dən qoşulub. Bu müddət ərzində o, bütün turnirlərdə 21 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.
Sottil isə “Milan”a “Fiorentina”dan icarəyə verilib. İtaliyalı futbolçu “qırmızı-qaralar”ın heyətində 8 oyuna çıxıb.
- Poqba “Yuventus”la anlaşdı
- Türkiyəli mütəxəssis: “O, meydanda yox kimidir”
- Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatasının 2-ci günündə idmançılarımızdan 3 medal
- Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının 30 illik yubileyi qeyd olunub
- Luis Enrike: "İngiltərə Premyer Liqasında işləmək istəyirəm"
0
0