“Milan”da yeni müqavilə
13.08.2022 - 13:48
![“Milan”da yeni müqavilə](https://apasport.az/storage/news/2022/august/13/big/62f773926868e62f773926868f166038414662f773926868a62f773926868c.jpg)
İtaliya “Milan”ı daha bir futbolçusu ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
A seriyası təmsilçisi Fikayo Tomori ilə yeni anlaşma imzalayıb. İngiltərəli müdafiəçi 2027-ci ilədək “Milan” forması geyinəcək.
Qeyd edək ki, Fikayo 2021-ci ilin yanvarında “Çelsi”dən icarəyə götürülüb. İtaliyalılar sonradan onu 28,8 milyon avroya alıb.
0
0