Milli üzvü Asiya klubunda
29.09.2022 - 00:01
![Milli üzvü Asiya klubunda](https://apasport.az/storage/news/2022/september/28/big/63341cc77c80763341cc77c808166435962363341cc77c80463341cc77c806.jpg)
Belçika millisinin futbolçusu Ceyson Denayer karyerasını BƏƏ-də davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, müdafiəçi “Şəbəb Əl-Əhli” klubuna keçməyə yaxındır.
Azad agent statusuna malik futbolçu artıq Asiya ölkəsindədir. O, tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi millidəki 35 oyunda 1 qol vurub.
0
0