Millimizin üzvü oynadı, komandası finala yüksəldi
16.03.2025 - 11:55
Millimizin üzvü oynadı, komandası finala yüksəldi

Finlandiya Liqa Kubokunun yarımfinal oyunları başa çatıb.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün çıxış etdiyi “Helsinki” “KuPS”la üz-üzə gəlib. Görüş paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Kökçü 46-cı dəqiqədə - hesab 1:1 olarkən meydana çıxıb. 

"Helsinki" bu qələbə ilə finala vəsiqə qazanıb. Paytaxt klubu martın 29-da finalda “İnter Turku” ilə qarşılaşacaq.