Millimizin üzvü qol vurdu, komandası 3 xal qazandı
11.11.2024 - 11:11
![Millimizin üzvü qol vurdu, komandası 3 xal qazandı](https://apasport.az/storage/news/2024/november/11/big/67319eb85358c67319eb85358d173130514467319eb85358a67319eb85358b.jpeg)
Cənubi Koreya çempionatında 37-ci turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" bu turda "İnçhon Yunayted"in qonağı olub və 2:1 qalib gəlib.
Krivotsyuk bu görüşə start heyətdə meydana daxil olub və 15-ci dəqiqədə qol vurub. Matçın 90+1 və 90+3-cü dəqiqələrində sarı vərəqə alan milli futbolçu meydandan qovulub.
“Daejeon” hazırda 45 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
0
0