Almaniya millisinin sabiq futbolçusu Qonsalo Kastro karyerasını bitirib.
Apasport.az saytının məlumatına görə, bunu Dortmund “Borussiya”sı, “Bayer” və “Ştutqart” kimi klublarda oynamış yarımmüdafiəçi açıqlayıb.
Üç ay öncə 35 yaşını qeyd edən veteran peşəkar futboldan getməyə üstünlük verib. “Arminiya” ilə bu yay başa çatan müqaviləsinin ardından azad agent statusu alan Kastro yeni klub tapa bilməyib. Bu üzdən də futbola vida etmək qərarına gəlib.
Qeyd edək ki, yarımmüdafiəçi Bundesliqada 421 oyunda 38 qol və 80 assistə imza atıb. O, 2007-ci ildə debüt etdiyi Almaniya millisində 5 matç keçirib.
- “Neftçi” təklif etdi, “Zenit” cavab verəcək
- “Adana Demirspor” üçün ağır cəza - komandanın xalı mənfiyə düşdü
- Aslan Kərimov: “Onların büdcəsi "Qarabağ"ınkı qədər olsa, ağdamlılar bu cür lider olası deyil” - MÜSAHİBƏ
- Azərbaycanlı atlet Türkiyədə beynəlxalq yarışın qalibi olub
- "Yuventus" Rabyonu satmağa hazırdır: qiymət qoydu