Mitoma üçün 75 milyon avro
18.02.2025 - 23:29

"Brayton"un futbolçusu Kaoru Mitoma komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, onun xidmətibdə "Çelsi" maraqlıdır.
"Zadəganlar" yaponiyalı üçün 75 milyon avro ödəməyə hazırdır.
27 yaşlı hücumçu ilə "Bavariya" və "Napoli" də yaxından maraqlanır.
Qeyd edək ki, "Brayton" Kaoru Mitomanı 2021-ci ilin avqust ayında "Kavasaki Frontale"dən transfer edib.
0
0