“Monako”nun hücumçusu “Barselona”nın transfer siyahısında
31.05.2022 - 23:29
“Monako”nun hücumçusu “Barselona”nın transfer siyahısında

“Barselona”nın transfer siyahısında yer alan daha bir hücumçunun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi Vissam Ben-Yedderi heyətinə qatmaq niyyətindədir.

“Monako”nun 31 yaşlı forvardı gələcək karyerası ilə bağlı qəti qərar verməyib. 2019-cu ildən “Knyazlıq klubu”nda çıxış edən Vissam aldığı təkliflər arasında seçim etməyib.

Qeyd edək ki, əvvəl “Tuluza” və “Sevilya”da oynamış hücumçu kapitanı olduğu “Monako”da ötən mövsüm 52 matçda 32 qol vurub.