Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella son məğlubiyyətdən sonra yaranan tənqidlərlə bağlı danışıb.
İtaliyalı mütəxəssis özünü Türkiyənin bir parçası hesab etdiyini bildirib:
"Əslində mən türkəm. Bilirsiniz ki, 5 ildir buradayam. Türkiyədə yaşanan duyğuları çox yaxşı bilirəm. Həmin oyundan sonra çox üzüldük. Təkcə məğlubiyyət yox, sonradan bir xaos yaradıldı və bundan istifadə etməyə çalışanlar oldu.
Əlavə etmək istədiyim bir məsələ də var. Üç ildir burada futbolçularla birlikdə gözəl işlər görürük, uğurlar qazanırıq. Dünyada təqdir olunduğumuz halda, öz ölkəmizdə bu qədər az dəstək görməyimiz və ilk məğlubiyyətdə hər şeyi dağıtmağa çalışan bir sistemin olması məni çox üzür.
Heç kimin şübhəsi olmasın. Qarşıdakı matçda da həmişə olduğu kimi çox çalışacaq və hədəflərimizə doğru irəliləməyə davam edəcəyik".
Qeyd edək ki, Montellanın rəhbərlik etdiyi Türkiyə millisi DÇ-2026-nın ilk turunda Avstraliyaya 0:2 məğlub olub və bu nəticədən sonra komandanın çıxışı ətrafında geniş müzakirələr başlayıb. Komanda növbəti matçını 20 iyun, Bakı vaxtilə 07:00-da Paraqvaya qarşı keçirəcək.