Morataya Səudiyyə Ərəbistanı klubundan 200 milyonluq təklif
16.06.2023 - 10:23
![Morataya Səudiyyə Ərəbistanı klubundan 200 milyonluq təklif](https://apasport.az/storage/news/2023/june/16/big/648bffeab860e648bffeab860f1686896618648bffeab860c648bffeab860d.png)
İspaniyalı hücumçu Alvaro Morata Səudiyyə Ərəbistanına köçə bilər.
Apasport.az saytı xəbər verir ki, “Əl-Taavon” 30 yaşlı forvardı transfer etməkdə maraqlıdır.
Ərəblər Madrid “Atletiko”sunun şərəfini qoruyan Morataya 3 illik müqavilə qarşılığında 200 milyon avro təklif edib. İspaniya millisinin üzvünün verdiyi cavab hələlik açıqlanmayıb.
Qeyd edək ki, Alvaro son mövsümdə 45 matçda 15 dəfə fərqlənib.
0
0