"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo klubu tərk edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.
62 yaşlı mütəxəssislə Braziliya millisi maraqlanır. Daha əvvəl yığmanın baş məşqçi vəzifəsi üçün Karlo Ançelotti və Xosep Qvardiolanın da namizəd olduğuna dair xəbərlər yazılmışdı.
Mourinyo 2024-cü ilin yayından "Fənərbaxça"nı çalışdırır. Portuqaliyalının əvvəlki iş yeri 2021-ci ildən 2024-cü ilin yanvarına kimi rəhbərlik etdiyi "Roma" olub.
Mourinyo əvvəllər "Benfika", "Portu", "Çelsi", "Real", "İnter", "Tottenhem" və "Mançester Yunayted"ə də baş məşqçilik edib.
- “Azərreyl” məğlub oldu, “Abşeron”dan qələbə
- Saşa Yunisoğlu: “Səbirsizliklə Çempionlar Liqasında çıxış etməyi gözləyirik" - Müsahibə
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Bakı Şəhər Halqası Azərbaycan Qran-prisi üçün son hazırlıqlarını tamamlayır
- İlin futbolçusu adına NAMİZƏDLƏR