Mourinyodan antirekord
23.05.2023 - 10:00
![Mourinyodan antirekord](https://apasport.az/storage/news/2023/may/23/big/646c553639fc9646c553639fca1684821302646c553639fc7646c553639fc8.webp)
“Roma” İtaliya çempionatında qara zolağa düşüb.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin qələbəsiz oyunlar seriyası 6-ya çatıb.
“Canavarlar” “Salernitana” ilə heç-heçə edib. Son 6 görüşdə “Roma” 4 sülhə imza atıb və 2 dəfə uduzub.
Bu, Joze Mourinyonun karyerasının antirekordudur. Portuqaliyalı mütəxəssis heç bir klubla ardıcıl 6 çempionat görüşündə qələbəyə həsrət qalmayıb.
Qeyd edək ki, “Roma” A seriyasında mövsümün son iki turunda “Fiorentina” və “Spetsiya” ilə üz-üzə gələcək.
0
0