Suaresə “Qızıl top” verildi
08.12.2023 - 14:08

Luis Suares ən yaxşı oyunçu adına layiq görülüb.
Apasport.az xəbər verir ki, “Qremio”nun 36 yaşlı hücumçusu Braziliya çempionatının ən dəyərli oyunçusu kimi “Qızıl top” mükafatını qazanıb.
Mükafat turnirin sonunda təşkil olunan xüsusi mərasimdə təqdim olunub. 68 xalla çempionatı 2-ci sırada tamamlayan “Qremio” çempion “Palmeyras”dan iki xal geri qalıb.
Qeyd edək ki, komandanın heyətində başa çatan mövsümdə 33 matça çıxan Uruqvay millisinin üzvü 17 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
- Serxio Ramosun vəliəhdi İngiltərə yolunda
- Avstriya – Azərbaycan oyununun start heyətləri bilindi
- Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Vəli İsrafilovu təbrik edib
- “Araz-Naxçıvan”ın futbolçusu: "Avrokuboklara vəsiqə qazanmağımız mümkündür" – Müsahibə
- Təmsilçimiz Dünya kubokunda final mərhələsinə yüksəlib
0
0