Murad Musayev ən yaxşı baş məşqçi seçilib
06.11.2025 - 15:36
Rusiya Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi açıqlanıb.
Apasport.az xəbər verir ki, bu, “Krasnodar”ın çalışdırıcısı Murad Musayevdir. Mütəxəssisin rəhbərlik etdiyi kollektiv ötən ay keçirilən 3 oyunu da qazanıb.
“Krasnodar” çempionatda birinci sıradadır.
Musayev “Krasnodar”dan öncə Azərbaycanda “Sabah”a rəhbərlik edib.
0
0