![Murat Sancak: “Məni nə Ali Koç, nə də Türkiyənin ən zəngin adamı ala bilər”](https://apasport.az/storage/news/2025/february/09/big/67a8ee7cadfe367a8ee7cadfe4173912434867a8ee7cadfe167a8ee7cadfe2.jpeg)
"Bu, "Qalatasaray"a qarşı edilən hərəkət deyil".
Bu sözləri Türkiyə Super Liqasının XXIII turu çərçivəsində yarıda saxlanılan "Qalatasaray" - "Adana Dəmirspor" matçından sonra qonaqların prezidenti Murat Sancak deyib.
Türkiyəli iş adamı bu qərarın "Qalatasaray" ilə heç bir aiddiyyatı olmadığını bildirib:
"99 faiz bəlkə də bu gün məğlub olacaqdıq. Amma bəzi şərhləri görürəm. Bu məni əsəbiləşdirir. Məni Türkiyə Cümhuriyyətində nə Ali Koç, nə də Türkiyənin ən zəngin adamı ala bilər. Hər kəs bunu bilməlidir. Ali Koç mənə təlimat verəcək biri ola bilməz. Mən heç kəsdən təlimat almıram. İnsan şərəfi üçün yaşayar. Bu hadisə federasiya və MHK-ya qarşı həyata keçirildi. "Qalatasaray" böyük klubdur. Ev sahiblərinin belə bir penaltiyə ehtiyacı yox idi. "Qalatasaray" və "Fənərbaxça"ya görə geri qalan komandalar təzyiq altındadır. "Qalatasaray"ı qoyun, "Fənərbaxça"nı danışın. Okan Buruk məni danışdırmasın. Sən Barasini təhqir etməyə cəsarəti haradan tapırsan? "Adana Dəmirspor" böyük komandadır. Sən Türkiyənin ən çox çempion olan klubunun baş məşqçisi ola bilərsən, bəli, amma istədiyin hər şeyi edə bilməzsən".
Qeyd edək ki, "Adana Dəmirspor" 33-cü dəqiqədə meydandan çəkilib. Həmin vaxt hesab 1:0 "Qalatasaray"ın xeyrinə olub.