
İtaliya A Seriyası təmsilçilərindən "Napoli" yayda heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda "Mançester Yunayted"də istəniləni verə bilməyən Rasmus Hoylund ilə yaxından maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, "qırmızı şeytanlar" oyunçu üçün 60 milyon avro tələb edir.
Xatırladaq ki, 22 yaşlı forvard İngiltərə təmsilçisinə 2023-cü ildə "Atalanta"dan 73,9 milyon avroya transfer edilmişdi.
Qeyd edək ki, Danimarka millisinin mərkəz hücumçusu bu mövsüm "Yunayted"in heyətində iştirak etdiyi 39 rəsmi matçda 8 qol, 2 assistlə yadda qalıb.
- “İnanmazdım ki, say üstünlüyü ilə məğlub olarıq" - Bojoviç
- Çempionlar Liqasının finalını idarə edəcək hakim bəlli olub
- Millimizi yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
- Dmitri Kruqlov: “Estoniya Bakıda qalib gələcək” - MÜSAHİBƏ
- Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə