"Napoli"nin yeni hücumçu hədəfi müəyyənləşib
17.04.2024 - 22:45

Hücumçu Conatan Devidin "Lill"dən "Napoli"yə keçmək şansı var.
Apasport.az xəbər verir ki, İtaliya klubu artıq transfer üzərində işləyir.
Neapollular futbolçunu komandanı tərk edə biləcək Viktor Osimhenin mümkün əvəzləyicisi kimi görürlər.
Devidin artıq keçidə razılıq verdiyi bildirilir. "Napoli" oyunçu üçün 35 milyon avro və oyunçunun performansına görə müəyyən edilən bonuslar təklif edib, lakin "Lill" ən azı 50 milyon avro qazanmaq istəyir.
Devid bu mövsüm bütün turnirlərdə 40 matçda 23 dəfə qolla fərqlənməyi bacarıb.
- XİN BOK-u İrəvanda Azərbaycan bayrağının yandırılmağı ilə bağlı insidenti pisləməyə çağırdı
- Erhan Toker: “Bəzi oyunçuların üzərinə yük çox düşdü”
- Elmar Baxşıyev: “Komanda ilə danışsaq da...”
- İki qızıl və bir gümüş - Belqradda
- Boksçularımızın 2022-ci ildə beynəlxalq yarışda qazandığı medalların sayı açıqlandı
0
0