"Neftçi"dən ayrıldı - Yeni komandası bəlli oldu
08.07.2025 - 11:11
"Neftçi"dən ayrıldı - Yeni komandası bəlli oldu

“Neftçi”dən ayrılan braziliyalı futbolçu Yuri Matiasın gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi BƏƏ klubu "Ajman"a transfer olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, oyunçu ilə bir illik müqavilə imzalanıb.

Xatırladaq ki, Matias 2022/2023 mövsümünün əvvəlindən “Neftçi”nin formasını geyinirdi.

Bu müddət ərzində braziliyalı 71 oyun keçirib və 10 qol vurub. O, "Neftçi"yə qədər "Amerika", "Akademika", "Traktor", "Qaz Metan", "ÇFR Kluj" klublarında oynamışdı.