"Sent-Etyen"də ayrılıq
15.12.2024 - 15:58
!["Sent-Etyen"də ayrılıq](https://apasport.az/storage/news/2024/december/15/big/675ec4b1db4a9675ec4b1db4aa1734263985675ec4b1db4a0675ec4b1db4a8.jpg)
Liqa 1-də növbəti baş məşqçi istefası yaşanıb.
Apasport.az xəbər verir ki, "Sent-Etyen" Olivye Dalloqlio ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda müvəqqəti olaraq klubun təlim mərkəzinin direktoru Lauren Huarda tapşırılıb.
Qeyd edək ki, "Sent-Etyen" hazırda turnir cədvəlində 15 turdan sonra 13 xalla 16-cı pillədə qərarlaşıb.
0
0