Neymar əməliyyat olunacaq
01.11.2023 - 14:38
![Neymar əməliyyat olunacaq](https://apasport.az/storage/news/2023/november/01/big/65421fe7c5c3f65421fe7c5c40169883235965421fe7c5c3d65421fe7c5c3e.webp)
Braziliya millisinin və “Əl-Hilal”ın futbolçusu Neymar bu gün əməliyyat olunacaq.
Apasport.az xəbər verir ki, 31 yaşlı hücumçunun əməliyyatı Belu Orizonti şəhərindəki “Mater Dei” xəstəxanasında gerçəkləşəcək.
O, oktyabrın 17-də Braziliyanın Uruqvayla matçında zədələnib. Pentakampeonların 0:2 hesabı ilə uduzduğu qarşılaşma zamanı Neymar sol ayağından xəsarət alıb.
Qeyd edək ki, brazilialı futbolçu cari mövsümdə 5 qol vurub.
0
0