![Neymar: “Həmin gecə yatmadım”](https://apasport.az/storage/news/2022/december/06/big/638ee02f5f010638ee02f5f0111670307887638ee02f5f00e638ee02f5f00f.jpg)
"Zədələnərkən çox qorxdum".
Apasport.az xəbər verir ki, bunu braziliyalı futbolçu Neymar Cənubi Koreya yığmasına 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Ulduz futbolçu bildirib ki, qrup mərhələsində Serbiya ilə matçda zədələndikdən sonra həmin gecə yata bilməyib: “Bu hadisədən sonra gündəlik olaraq 11 saat fizioterapiya müalicəsi aldım və bunun faydasını gördüm".
Komandası 1/4 final mərhələsinə yüksələn braziliyalı futbolçunun sözlərinə görə, bununla kifayətlənməyəcəklər və əsas hədəf finaldır: "Həlledici görüşə yüksəlmək üçün qarşıda bizi daha 3 oyun gözləyir. Biz çempionluğa hazırıq və bütün diqqətimizi buna yönəltmişik".
Qeyd edək ki, Braziliya 1/4 finalda Xorvatiya ilə üz-üzə gələcək. Bu oyun dekabrın 9-da baş tutacaq.