"Nottingem" braziliyalı üçün qiymət qoydu - 70 MİLYON AVRO
20.02.2026 - 13:55
"Nottingem Forest"in müdafiəçisi Murilyo Premyer Liqada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, "Çelsi" braziliyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "TEAMtalk" məlumat yayıb.
Premyer Liqa təmsilçisi 23 yaşlı mərkəz müdafiəçisinə 70 milyon avro qiymət qoyub.
Qeyd edək ki, "Nottingem Forest" Murilyonu 2023-cü ilin yayında "Korintians"dan 12 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığl 26 rəsmi matçda 2 qol vurub.
- "Mançester Siti"nin keçmiş kapitanı və baş məşqçisi vəfat edib
- “Çempionatı çox yaxşı səviyyədə keçirdik” - Teymur Hüseynov
- "Yuventus" azarkeşlərin döydüyü futbolçunu transfer edir - ARTIQ TURİNDƏDİR
- "Araz-Naxçıvan" evdə "Qarabağ"a uduzmayıb - STATİSTİKA
- İngiltərə millisində virus təhlükəsi - Rays heyətdən çıxarıldı
0
0