Noyer milli karyerasını bitirir
07.06.2024 - 12:46
![Noyer milli karyerasını bitirir](https://apasport.az/storage/news/2024/june/07/big/6662c62c5cafb6662c62c5cafc17177492926662c62c5caf96662c62c5cafa.jpg)
2024-cü il Avropa çempionatı Manuel Noyer üçün Almaniya millisi ilə sonuncu olacaq.
Apasport.az “Bild”-ə istinadən xəbər verir ki, “Bayern”in 38 yaşlı qolkiperi AÇ-2024-dən sonra millidəki karyerasını başa vuracaq.
Almaniya millisindəki “bir nömrə”nin yerini Mark-Andre ter Ştegenin alacağı gözlənilir.
Noyer AÇ-2024-də komandanın əsas qapıçısı olacaq.
Yulian Naqelsmannın komandası Macarıstan, Şotlandiya və İsveçrə milliləri ilə birlikdə A qrupunda mübarizə aparacaq.
0
0