“Nyukasl” ukraynalı müdafiəçi üçün 70 milyon avro ödəməyə hazırdır
13.07.2025 - 16:02

Ukrayna millisinin və “Bornmut”un mərkəz müdafiəçisi İlya Zabarni hələ də klubunu dəyişə bilər.
Apasport.az “Dinamo Kyiv Inside” teleqram kanalına istinadən xəbər verir ki, PSJ-yə mümkün keçiddəki uğursuzluqdan sonra ukraynalı futbolçu üçün daha bir real namizəd var. Hazırda “Bornmut”un istədiyi 70 milyon avronu ödəməyə hazır olan yeganə klub “Nyukasl”dır. Baş məşqçi Eddi Hou və klub sahibləri Zabarnini komandada görmək istəyirlər.
22 yaşlı müdafiəçi 2024/2025 mövsümündə bütün turnirlərdə 39 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
0
0