“Öləndə stadionlarda bir dəqiqəlik sükutla anılacağam”
15.06.2022 - 22:53
![“Öləndə stadionlarda bir dəqiqəlik sükutla anılacağam”](https://apasport.az/storage/news/2022/june/15/big/62a99d68162db62a99d68162dc165528304862a99d68162d762a99d68162da.jpg)
Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Millətlər Liqasının qrup mərhələsində İngiltərə üzərində səfərdə 4:0 hesablı qələbə qazanmalarına münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis bu qalibiyyətə yumorla yanaşıb.
58 yaşlı mütəxəssis Macarıstan tarixində daim qalacağını düşünür: “Mən öləndə Macarıstan stadionlarında bir dəqiqəlik sükutla anılacağam. Ümid edirəm ki, bu, tezliklə baş verməyəcək”.
Qeyd edək ki, A liqasının III qrupunda Macarıstan 7 xalla turnir cədvəlinə başçılıq edir.
0
0