Olisdən növbəti uğur
08.04.2026 - 15:38
Olisdən növbəti uğur

“Bavariya” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Real”ı məğlub edib – 2:1.

Apasport.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Maykl Olis görüşdə məhsuldar ötürmə ilə yadda qalıb.

Bu, onun 25-ci assisti olub.

Olis XXI əsrdə fransalı futbolçular arasında bir mövsümdə bu qədər məhsuldar ötürmə edən ilk oyunçudur. Bundan əvvəlki rekordçu Frank Riberi idi.

Fransalı sabiq vinger 2011/12 mövsümündə 24 məhsuldar ötürmə etmişdi.