Palmer məşqlərə başlayıb
25.11.2025 - 12:42
“Çelsi”nin aparıcı futbolçularından Koul Palmer zədədən sonra məşqlərə qayıdıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli yarımmüdafiəçi evində baş verən bədbəxt hadisə nəticəsində barmağından xəsarət almışdı. Baş məşqçi Enzo Mareska daha əvvəl Palmerin komandanın bir neçə qarşılaşmasını buraxacağını bildirmişdi.
23 yaşlı futbolçu UEFA Çempionlar Liqasında “Barselona”ya, həmçinin, Premyer Liqada “Arsenal”a qarşı matçlarda iştirak edə bilməyəcək.
Palmer bu mövsüm İngiltərə çempionatında 3 oyunda meydana çıxıb və 1 qol vurub.
- Kadi: “Azarkeşlik edəcəyim və favorit kimi gördüyüm komanda...”
- AVRO-2026-nın Təşkilat Komitəsinin üzvləri Milli Gimnastika Arenası ilə tanış olublar
- Ançelotti “Mançester Siti” ilə oyunda rekorda imza atıb
- Elvin Əlizadə: “Millimiz indi daha güclüdür” - Müsahibə
- Samuel Mraz “Neftçi”yə fayda verə bilər? - TƏHLİL
0
0