Paraqvay kart görmədi - 28 il sonra qəribə statistika
05.07.2026 - 05:06
Paraqvay kart görmədi - 28 il sonra qəribə statistika

Paraqvay millisi DÇ-2026-nın 1/8 finalında Fransa ilə oyunu kart görmədən başa vurub.

Apasport.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi dünya çempionatlarında 1998-ci ildə Nigeriya ilə matçdan sonra ilk dəfə bir görüşü vərəqəsiz tamamlayıb.

Bu statistika qarşılaşmanın gedişatı fonunda diqqət çəkib. Paraqvay futbolçuları Fransa ilə oyunda sərt mübarizəyə üstünlük verib, epizodlar zamanı tez-tez gərginlik və mübahisələr yaşanıb. Əvəzində isə Fransa millisində 3 oyunçu sarı kartla cəzalanıb. 

Qeyd edək ki, Paraqvay Fransaya 0:1 hesabı ilə uduzaraq DÇ-2026 ilə vidalaşıb.