
"Bavariya"nın futbolçusu Sadio Mane "Mançester Siti"yə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda 0:3 uduzduqdan sonra komanda yoldaşı Leroy Saneni vurub.
Apasport.az xəbər verir ki, seneqallı hücumçu Mane oyundan sonra soyunub-geyinmə otağında Seneqal əsilli Sanenin üzünə yumruq vuraraq, onun dodağını partladıb.
Oyun zamanı meydanda futbolçular arasında fikir ayrılığı yaranıb, 83-cü dəqiqədə onların mübahisəsi oyun epizodlarından biri kimi efirə çıxıb və bundan sonra paltardəyişmə otağında münaqişə davam edib. Sanenin onunla meydanda danışması, ehtimal ki, Manenin xoşuna gəlməyib.
Oyunçuları "Bavariya"nın 2 oyunçusu ayırıb. Sanenin sakitləşməsi üçün onu "Etihad" stadionundakı paltardəyişmə otağından çıxarmaq lazım gəlib.
Klub hələ ki insidentlə bağlı rəsmi açıqlama verməyib.
- Ayxan Abbasov: "Futbolçular uduzmaqdan qorxurdu, günahkar axtarmıram"
- "Eqnatiya"nın idman direktoru: "Zamiq Əliyevin performansı yüksək səviyyədədir" - Açıqlama
- Əfran İsmayılov: "Şahruddin Azərbaycanın bir nömrəli qapıçısıdır" - MÜSAHİBƏ
- "Fənərbaxça" Aleksi istəyir
- “Yuventus” Bonuççini heyətdən uzaqlaşdırdı