
Kişi voleybolçulardan ibarət Azərbaycan millisini Avropa Gümüş Liqası üçün heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, siyahıda 12 voleybolçu yer alıb.
Baş məşqçi Fərid Cəlalov və köməkçiləri Akif Vəliyevlə Cəlil Cəlilov təlim-məşq toplanışına çağırılan 17 oyunçudan beşini heyətə daxil etməyiblər.
Hücumçular: Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Vüsal Qurbanov;
Blokçular: Aslan Həmidov Mərdan Məmmədov, Dmitri Baranov, Ramazan Ağabəyov;
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou;
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov.
Qeyd edək ki, yığmamız ilk oyununu iyunun 6-da İsveçə qarşı keçirəcək.