![Pasportda möhürə görə yoldaşlıq oyunu ləğv olundu](https://apasport.az/storage/news/2022/november/17/big/63762422b569b63762422b569c166868688263762422b569963762422b569a.jpg)
Yoldaşlıq oyunları çərçivəsində keçirilməli olan İraq – Kosta-Rika matçı ləğv edilib.
Apasport.az saytının məlumatına görə, buna qonaqların Asiya ölkəsinə getməkdən son anda imtina etməsi səbəb olub.
Bu, iraqlıların ilkin razılaşmaya əməl etməməsi ilə bağlıdır. Kosta-Rika səfərdə oynamaq üçün futbolçuların pasportlarına Asiya ölkəsində möhür vurulmaması şərtini irəli sürüb.
Öncə bununla razılaşan iraqlılar sonda fikrindən daşınıb. Kosta-Rika tərəfi pasportlarda İraq möhürü olmağın sonradan mənfi təsir edəcəyindən ehtiyatlanır. Bu səbəbdən də bugünkü qarşılaşma ləğv olunub.
Qeyd edək ki, Kosta-Rika DÇ-2022-də Almaniya, Yaponiya və İspaniya ilə eyni qrupda mübarizə aparacaq.
- Əfran İsmayılov: “Qarabağ” “Bayer”dən üstün futbol nümayiş etdirdi - Müsahibə
- “Sanki uduzduğumuza görə məmnunsuz“ - Bojoviç
- “Real”ın braziliyalıları müqaviləni uzadır
- Bəxtiyar Musayev: "Foqts, De Byazi millidə elə-belə vaxt keçirib" - Müsahibə
- "Fənərbaxça" tribunasında bölünmə: Azarkeşlər arasında dava düşüb - VİDEO