Maurisio Poçettino bu gün start götürəcək DÇ-2022 haqda fikirlərini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, PSJ-nin sabiq baş məşqçisi vaxtilə rəhbərliyi altında çıxış edən ulduzların həlledici rol oynayacağı qənaətindədir.
Argentinalı mütəxəssis Lionel Messi və Neymarı həlledici fiqur sayır: “Cənubi amerikalılar 2002-ci ildən sonra dünya çempionu ola bilmir. Komandalarının mundialda necə oynayacağı Lionel Messi və Neymardan asılıdır. Onların yaradıcı oyuna yanaşması da fərqlidir. Kilian Mbappe isə yırtıcıdır. Onun xarizması var və insanları alovlandıra bilir. Amma Kilian hələ özünü tapmalıdır”.
- 3X3 üzrə basketbol millilərinin reytinq siyahısı yenilənib
- PSJ futbolçusu ilə müqaviləni uzadacaq
- VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək qılıncoynadanlar müəyyənləşib
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
- “Olimpiakos” – “Qarabağ” matçından əvvəl bir dəqiqəlik sükut olacaq