PSJ-də itki
19.09.2022 - 14:31
PSJ itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, bunu Fransa klubunun baş məşqçisi Kristof Qaltye açıqlayıb.
O bildirib ki, Marko Verratti zədələnib. Yarımmüdafiəçi Liqa1-in VIII turunun “Lion”la matçında əvəzlənib.
64-cü dəqiqədə meydanı tərk edən Verratti bu gün müayinə olunacaq. 29 yaşlı futbolçunun İtaliya millisinin düşərgəsinə yollanacağı sual altına düşüb.
Qeyd edək ki, PSJ “Lion”la səfər görüşündə 1:0 hesabı ilə qalib gəlib.
- "Qarabağ" dünya reytinqində 9 pillə irəliləyib
- Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- Artim Şakiri: "Bu fakt “Qarabağ” üçün üstünlükdür" - Müsahibə
- Azərbaycan boksçuları Sarayevoda Olimpiya ümidləri turnirində iştirak edəcəklər
0
0