PSJ-dən “Yuventus”a rədd cavabı
27.06.2022 - 17:23
![PSJ-dən “Yuventus”a rədd cavabı](https://apasport.az/storage/news/2022/june/27/big/62b9aec02278662b9aec022787165633606462b9aec02278462b9aec022785.jpg)
“Yuventus” Leandro Paredesin transferindən əl çəkmir.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu yarımmüdafiəçi üçün PSJ-yə növbəti təklifini göndərib.
Turinlilər Leandro üçün 12 milyon avro ödəməyə razıdır. İtaliyalılar 3 milyona qədər çata biləcək bonuslar da vəd edir. Lakin Paris klubu bu təklifi də rədd edib.
Qeyd edək ki, argentinalının transfer qiyməti 17 milyonla dəyərləndirilir.
0
0