Qalatasaray rəhbərliyindən futbolçulara 1 milyon avroluq vəd
24.10.2023 - 15:37
![Qalatasaray rəhbərliyindən futbolçulara 1 milyon avroluq vəd](https://apasport.az/storage/news/2023/october/24/big/6537a51f10af26537a51f10af316981455676537a51f10af06537a51f10af1.png)
“Qalatasaray”ın Çempionlar Liqasının “Bavariya” ilə oyunu üçün ayırdığı mükafat fondu bəlli olub.
Apasport.az xəbər verir ki, İstanbul klubunun idarə heyəti Münhen təmsilçisi üzərində qazanılacaq qələbəyə görə UEFA-nın onlara verəcəyi 2,8 milyon avronun 1 milyonunu futbolçular arasında bölüşdürmək qərarına gəlib.
Qrupda keçirdiyi ilk iki oyundan 4 xal toplayan “cim-bom”da hədəf 3 xal qazanmaqdır. Avrokubokların qrup mərhələsində 36 matçdır məğlub olmayan alman nəhəngi isə səfər oyununa qrup lideri kimi çıxacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
0
0